Advertising Company

Soon...

Haqqımızda

2006-cı ildən fəaliyyət göstərən “PROMOLINE” MMC QRAFİK DİZAYN, POLİQRAFİYA və PROMOSYON (Hədiyyəlik Əşya) sahələri üzrə yerli və xarici firmalara xidmət göstərməkdədir.” PROMOLINE” MMC fəaliyyətə başladığı ilk gündən bu günə qədər xidmət və məhsul keyfiyyətini ilk sırada tutmuş və müştərilərinə duzgün məhsulu vaxtında və ən uyğun qiymətə təqdim etmişdir.

İstehsalat və birbaşa idxalçı firma xüsusiyyətləri firmamıza sektorda fərqli bir mövqe qazandırmışdır.

Geniş məhsul seçimi, yüksək keyfiyyət və anbarıyla tələbinizə anında cavab verən firmamız, müştərilərə istehsalçı və idxalçı firma imtiyazını qiymətləri ilə də yaşadmaqdadır. Bu gün xidmətə və keyfiyyətə əhəmiyyət verən, sektorun qabaqda gələn firmaları promosyon ehtiyaclarına PROMOLINE markasını seçirlər.

Sahib olduğumuz güc, sektor təcrübəmiz və ən yaxşı Referanslarımız yenə siz dəyərli müştərilərimizin sayəsindədir.
Promosyon nədir?

Bir məhsulu və ya markanı geniş kütlələrə tanıtmaq və o malın bazardakı mövqeyini qoruyub saxlamaq üçün görülən işlərə promosyon deyilir.

Promosyon məhsul;

     * Bir firmanın markalaşmasında,

     * Bir firmanın, bir məhsulun ağılda qalıcı, yaddan çıxmayacaq hala gətirilməsində ən böyük ünsürdür.

Çox tanınmış olmayan, yüksək xərc tələb edən tanıtım və reklam xidmətlərindən istifadə etməyən kiçik və orta firmaların diqqətinə!

Firmanızı, markanızı, məhsullarınızı və əməyinizi hədəf kütlənizə tanıtmaq üçün ən təsirli tanıtım PROMOSYONDUR!

Bakı şəhəri.
(+994 12) 409 10 05

Copyright 2016 © Bütün hüquqlar qorunur.